Menu

Məhkəmə Kürdəmirin sabiq icra başçısı ilə bağlı qərar verdi

12.04.2021, 16:47
Məhkəmə Kürdəmirin sabiq icra başçısı ilə bağlı qərar verdi

Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

"Report" xəbər verir ki, Binəqədi rayon Məhkəməsindəkeçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, C. Cəfərovun barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, C. Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol