Menu

“BMT Ermənistanın törətdiyi hərbi cinayətləri diqqətə almalıdır” - Ekspert

12.04.2021, 19:50
“BMT Ermənistanın törətdiyi hərbi cinayətləri diqqətə almalıdır” - Ekspert

“Bura ruhlar məkanıdır, ermənilər burada hər şeyi tamamilə məhv ediblər”. Bunu “Report”a Ağdama səfər edən İslamabad Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Əkrəm deyib.

“Hər şey – Ağdam məscidi, muzey məhv edilib. Beynəlxalq ictimaiyyət bunu görməlidir. BMT Ermənistanın son 27 ildə törətdiyi hərbi cinayətləri diqqətə almalıdır”, - o bildirib.

Ekspert həmçinin minalanmış ərazilərin xəritəsini Azərbaycana vermədiyinə görə Ermənistan tərəfini qınayıb: “Məhz buna görə bura çox təhlükəlidir. Beynəlxalq ictimaiyyəti bu məsələdə Ermənistana təzyiq göstərməyə çağırıram”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol