Berdıməhəmmədov Xalq Məsləhətinin spikeri vəzifəsinə seçilib.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun titullarına biri də əlavə olunub. O, parlamentin yeni qurulmuş yuxarı palatasının – Xalq Məsləhətinin spikeri vəzifəsinə seçilib. Bu barədə Azadlıq Radiosu məlumat verib.

Dövlət mediasının aprelin 14-də yazdığına görə, Berdiməhəmmədov palata üzvlərinin gizli səsverməsi nəticəsində vəzifəyə seçilib. İclas zamanı o, Xalq Məsləhətinin səkkiz üzvünü təyin edib və palata üzvlərinin sayı 56-ya çatıb. Qalan 48 üzv martın sonunda seçilib.

Berdiməhəmmədov sentyabrda konstitusiyaya dəyişiklikləri imzalayıb. Parlamenti ikipalatalı quruma çevirməkdən başqa digər dəyişikliklər bəlli deyil.

Həm də baş nazir olan prezident 2019-cu ildə dəyişikliklər təşəbbüsünü irəli sürüb, layihə hazırlamaqdan ötrü komissiya təsis edib. Xalq Məsləhəti 2017-ci ildə Ağsaqqallar Şurasının əsasında yaradılmış, Berdiməhəmmədov onun sədri seçilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar