BANM-ın azərbaycanlı və pakistanlı tələbələri ailə qurdu - Rektor və səfir nikah şahidi oldular + FOTO

Bu gün 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının məzunu Elvin İsmayılov eyni ixtisasın III kursunda təhsil alan pakistanlı tələbə Masuma Rizvi ilə ailə həyatı qurub.

"AzPolitika.info" xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov "Facebook" səhifəsində paylaşım edib. "Müqəddəs Ramazan ayında baş tutan bu nikah mərasimində mənimlə birlikdə Pakistanın ölkəmizdəki səfiri olan Bilal Haye də iştirak edirdi. Hər ikimiz bəy və gəlinin şahidi olduq", -deyə E.Qasımov postunda qeyd edib.

Rektor bu nikahın Azərbaycan və Pakistan qardaşlığının bir gözəl nümunəsi adlandırıb: "Eyni din, eyni adət-ənənləri olan xalqaların birlik simvoludur bu ailə. Bakı Ali Neft Məktəbi isə bu ailəni birləşdirən körpü rolunu oynadı. Tələbələrimiz olan bəylə gəlini ürəkdən təbrik edir, onlara ailə səadəti, xoşbəxtlik, uzun, sağlam, bərəkətli ömür arzu edirəm. Sevgi dolu həyat diləyirəm".

635x100

Şərhlər

Zanzibar 2021-04-15 22:47:27

Cox gozel, Allah xoshbext elesin!

Son yazılar