Menu

Vətən müharibəsinin şəhidi bu gün Xaçmazda dəfn ediləcək

16.04.2021, 09:45
Vətən müharibəsinin şəhidi bu gün Xaçmazda dəfn ediləcək

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Səbuhi Hüseynli bu gün dəfn ediləcək.

“Report”un xəbərinə görə, mərhum Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, S.Hüseynli 1998-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. Oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O, oktyabrın 30-da beyin əməliyyatı olunub. S.Hüseynli 6 ay koma vəziyyətində qalıb. Vətən müharibəsi qazisi aprelin 15-də şəhidlik zirvəsinə ucalıb.

Onun 1 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol