Menu

Mikayıl Cabbarov İsraildəki ticarət və turizm nümayəndəliklərinin məqsədini açıqladı

29.04.2021, 13:53
Mikayıl Cabbarov İsraildəki ticarət və turizm nümayəndəliklərinin məqsədini açıqladı

“İsrailin xarici işlər naziri Qabi Aşkenazi ilə Azərbaycan və İsrail arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasına həmsədrlik etməkdən məmnun oldum”.

“Report” xəbər verir ki, bununla bağlı Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov sosialşəbəkələrdəki paylaşımında qeyd edib.

“İkitərəfli iqtisadi və ticarət əlaqələrimizin inkişafı, turizm, enerji, kibertəhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində məhsuldar müzakirələr apardıq. Ticarət və turizm nümayəndəliklərinin fəaliyyəti də bu məqsədə xidmət edəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol