Azərbaycanın Təhsil nazirinə yeni müavin təyin olunub. 

“AzPolitika.info”-ya daxil olan məlumata görə, Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov Təhsil nazirinin müavini vəzifəsinə təyinat alıb. 

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Muxtar Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb və ikinci katib vəzifəsinədək yüksəlib.

2013-cü ildən isə Təhsil Nazirliyində çalışır. Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2018-ci ilin yanvar ayından isə Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, Muxtar Məmmədov ötən il iyunun 23-də Prezident İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunub. 

“AzPolitika.info”