Estoniyaya 5-ci nəsil F-35 qırıcıları gəlib - Patrul xidmətinə başlayacaqlar

Emari aviabazasına İtaliya hərbi-hava qüvvələrinin (HHQ) 5-ci nəsil "F-35 Lightning II" qırıcıları eniş ediblər. Az sonra İtaliya pilotları Almaniyadan olan həmkarlarını əvəzləyəcəklər və Estoniyanın hava məkanında patrul xidmətinə başlayacaqlar. Bu barədə «err.ee» nəşri yazıb.

Estoniya HHQ komandanı, briqada generalı Rauno Sirkin sözlərinə görə, «beşinci nəsil qırıcılar hava hücumundan müdafiə imkanlarını gücləndirəcək».

Almaniyanın «Eurofighter Typhoon» qırıcılarının əvəznə İtlaliyadan 13-cü aviaqrup (Nueleo Tattiche) gəlib. Onlar gün ərzində davamlı növbətçiliyə başlayacaqlar, ehtiyac olduqda isə hava hədəflərini tutacaq və müşayiət edəcək, o cümlədən məşq uçuşları həyata keçirəcəklər. Buna qədər İtaliya pilotları Estoniya səmasında 2018-ci ildə növbə çəkiblər.

«Beşinci nəsil F-35 qırıcıları bəşəriyyət tarixində ən bahalı inkişaf proqramının məhsuludur. Bu çoxməqsədli təyyarələr qırıcı, kəşfiyyatçı rolu oynamaq və yerüstü hədəflərə zərbə endirmək qabiliyyətinə malikdirlər» - deyə, Estoniya mətbuatı pafosla yazır.

NATO ölkələri HHQ Estoniya, Latviya və Litvanın hava məkanında 2004-cü ildən patrul xidməti keçirlər. Missiyada iştirak edən ikinci aviabölük Litvanın Zoknyay aviabazasında dislokasiya olunub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar