Menu

Bakıda külək motosikletçini avtomobilə çırpıb

05.05.2021, 13:28
Bakıda külək motosikletçini avtomobilə çırpıb

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, hadisə Yeni Salyan yolu, 22 ünvanında, jurnalistlərin binası qarşısında qeydə alınıb.

Gənc oğlan idarə etdiyi motosikletlə yolda hərəkətdə olan zaman külək onun nəqliyyat vasitəsini avtomobilə çırpıb. Nəticədə motosikletçi xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdiirlib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol