ABŞ Azərbaycanın üç erməni hərbçisini qaytarmasını alqışlayıb

ABŞ üç erməni hərbçisinin Azərbaycan tərəfindən geri qaytarılmasını alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin tvitterdəki paylaşımında deyilir.

“Hər iki tərəfi bütün məhbusların, saxlanılmış şəxslərin, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi prosesini tam və operativ şəkildə başa çatdırmağa, eyni zamanda məhbuslarla insani rəftarın təmin edilməsinə dair öhdəliklərinə əməl etməyə çağırırıq”, – ABŞ dövlət katibinin açıqlamasında deyilir.

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağda tərk-silah edilmiş üç erməni hərbçisi sərbəst buraxılıb və Yerevana göndərilib.

635x100

Şərhlər

Senan 2021-05-06 07:40:24

Işə bax ILAHI,amerika kimi iri ölkənin ən böyūk siyasətçisi 3 erməni cinayətkarının tūrmədən buraxılmasına görə sevindiyini nūmayiş eləyir. Onda belə çıxır ki amerikanı da idarə edən ermənilərdi. DƏHŞƏT....

Xalq 2021-05-05 18:31:50

əcəbdi

Son yazılar