Ermənilər Fransanı ikiüzlülükdə ittiham etdi - “Fransız rəsmilərinin dedikləri qeyri-səmimi və təəccüblüdür”

Ermənilər İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətlərinə görə günahkar hesab etdikləri dövlətlər sırasına daim onlara havadarlıq etmiş Fransanı da qatıblar.

Ermənistandakı Araşdırmaçı Jurnalistlər Asossasiyası iddia edir ki, müharibə zonasından tapdıqları “Bayraktar TB2”-nin qalıqlarını araşdırarkən, onun bir çox hissələrinin məhz NATO ölkələri tərəfindən istehsal olunduğu qənaətinə gəliblər.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı Asossasiyanın “Hetq” onlayn qəzetində yayımlanan araşdırmasında fransızların Qarabağ müharibəsində Azərbaycan üçün əhəmiyyətli rol oynayan türk pilotsuz aparatlarını texniki hissələrlə təmin etdikləri vurğulanıb. Bu məsələ Ermənistanda ciddi müzakirələrə səbəb olub.

Müharibə dövründə bəzi fransız şirkətlərinin Türkiyəyə hərbi tədarükü dayandırdığı xatırladılan araşdırmada bildirilir ki, əslində heç də belə olmayıb və fransızlar ikiüzlü siyasət aparıblar.

Yazıda “Bayraktar TB2” tərəfindən atılan bombalardan götürülmüş nümunələrdəki istilik batereyaları, əyləc sistemi kimi mühüm hissələrin məhz Fransa şirkəti olan “ASB” tərəfindən istehsal edildiyi qeyd olunub: “Məsələ ilə bağlı “ASB” tərəfindən hər hansı bir açıqlama verilmədiyi üçün yenidən Fransız şirkətinə yazılı müraciət etdik. Əlavə olaraq, onlara türk pilotsuz aparatından tapılan nümunələrin şəkil və seriya nömrələri, buraxılış tarixi kimi göstəriciləri də göndərdik. Dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, cavab verən olmadı. Son telefon zəngində məsələ ilə bağlı müştərilərin kimliyini müzakirə edə bilməyəcəklərini, bununla bağlı fransız hökümətindən soruşmalı olduğumuzu dedilər. ”

Ermənilərin məsələ ilə bağlı Fransanın Xarici İşlər Nazirliyinə müraciətləri isə cavabsız qalıb: “Fransız rəsmilərinin dedikləri ən yaxşı halda qeyri-səmimi və təəccüblüdür. Minsk Qrupunun həmsədr ölkəsinin yüksək rütbəli diplomatının ölkəsi ilə Qarabağ münaqişəsindəki tərəflərdən biri arasındakı hərbi əməkdaşlıqdan necə xəbəri olmaya bilər? Və ya Dövlət katibi Lemoyne'nin on illərdir davam edən Fransa-Türkiyə və Fransa-Azərbaycan hərbi əməkdaşlığı ilə bağlı həqiqətlərdən xəbərsiz olduğuna necə inanaq?!”

“L'Obs”-un da dediyi kimi(tanınmış fransız jurnalı–red. ) - Fransa Ermənistana dost ölkə olaraq baxsa da, bu, onun Azərbaycanla böyük sövdələşmələr bağlamasına mane olmur. Məsələn, Fransanın da payı olduğu “Azersky” mülki peyki Bakıya ermənilərə qarşı əməliyyatları məsafədən yönəltməyə imkan verir.” -deyə, araşdırmada qeyd olunub.

“AzPolitika.info”

635x100

Şərhlər

Xalq 2021-05-05 23:37:35

ƏLA!

Son yazılar