Menu

Aşıq Namiq keçirdiyi yarışmada rüşvət istədiyini etiraf etdi - VİDEO

06.05.2021, 14:38
Aşıq Namiq keçirdiyi yarışmada rüşvət istədiyini etiraf etdi - VİDEO

Aşıq Namiq Fərhadoğlu Lider TV-də müəllifi olduğu “Köklə sazı” yarışmasında yer alan aşıqlardan rüşvət aldığını etiraf edib.

Aşıq bu barədə ARB TV yayımlanan “Həmin Zaur” proqramında deyib: “Biri soruşdu ki, birinci yerin xərci nə qədərdir? Dedim, avtomobil qoyuram, gərək üç qat qazanım. Dedim ki, 10 min manat ver, səni birinci edim. Maşına görə etdim. Sonra mənə bildirdilər ki, deyin, mən satmıram, ekspertiza qərar verir. Dedim, kişi kimi söz demişəm, yaxşı etmişəm. İnsan dediyi sözün ağası olmalıdır. Ora gələn səslərdən 18 faiz vergi ödəyirəm. Camaat evini satıb, səs verir. Orada ağa da, nökər də mənəm”.

Görün bu adamlar nə qədər harınlayıb ki, cinayətlərini efirdən heç nədən çəkinmədən bəyan edirlər. Hüquq-mühafizə orqanları niyə tədbir görmür? Belə bir adam necə telekanalda veriliş aparır?

Şərhlər

Veteran 2021-05-08 10:17:17

Deyəsən bu Gədəbəyli balasının mayası 500-ü keçib.A bala ağır otur, batman gəl.Cox özünü gözə soxma.Axırı pis olar.

ELSAD 2021-05-06 23:23:06

Ne deyesen?Sozun bitdiyi yerdir. REZALET...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol