1000 götür, 1440 qaytar - “AFB Bank”-dan “möhtəşəm” kredit təklifi

Azərbaycanda bankların kredit faizlərinin fantastik dərəcədə yüksək olduğu hər zaman iş adamları, ekspertlər və sıravi vətəndaşlar tərəfindən deyilsə də, bank sektorunda dəyişən bir şey yoxdur.

Son günlər mətbuatda “AFB Bank”-n yeni kredit məhsulu reklam olunur. Müştərilər üçün yeni «1000 manat al, aylıq 30 manat ödə» adlı kredit kampaniyasının şərtləri yumşaq desək, təəccüb doğurur. Belə ki, kreditin müddəti 48 ay göstərilir. Bu, o deməkdir ki, 1000 manat kredit götürən müştəri 48 ay, yəni dörd il ərzində hər ay 30 manat ödəməlidir ki, bu da ümumilikdə 1440 manat edir. 

Yəni aylıq 30 manat kimi kiçik məbləğə aldanan müştəri sonda 440 manat faiz ödəmiş olur. Doğrudur, bu, 4 il kimi uzun müddətə verilən kreditdir və illik faiz dərəcəsinə çevirsək, yüksək rəqəm alınmır. Lakin hər halda nəticədə müştəri götürdüyündən az qala 50 faiz artıq pul ödəməli olur. Əslində, bu cür kampaniyalar bankların hansı vəziyətdə olduqlarını, necə yarıtmaz kredit siyasəti yürütdüklərini və ciddi müştəri problemi yaşadıqlarını göstərir.

Onu da əlavə edək ki, “AFB Bank” ASC-nin səhmlərinin 99,64%-i Kəmaləddin Heydərovun bacanağı Hikmət Abuzər oğlu İsmayılova məxsusdur.

İqtisadiyyat Şöbəsi

635x100

Şərhlər

.EJDER lox 2021-05-10 17:50:19

demili,kemaleddine novbe catif,gor ne edirsen,yaman analoqu olmayan inkiwaf edif....

OXUCU 2021-05-10 15:30:30

başınıza dəysin sizin kreditiniz

Ədalət 2021-05-10 15:13:00

Heç kimə məcbur kredit verilmir. Xoş deyil götürmə.

Son yazılar