Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistana verilməsinə mane olub

Ermənilər Moskvadan arxayın olduqları üçün Azərbaycana qarşı daim fəaliyyət göstəriblər.

“Report” xəbər verir ki, anti-Azərbaycan əməllərinə, milli ədavəti qızışdırdıqları üçün Kreml onları cəzalandırmır, əksinə az qala mükafatlandırırdı. Moskvanın bu münasibətindən ruhlanan ermənilər Azərbaycan torpaqlarını hissə-hissə ələ keçirməyə çalışırdılar.

Hələ 1969-cu ildən, yəni Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta XX əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. 1967-ci ildə Ermənistan SSR-in millətçi dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlı əhalinin yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar.

SSRİ mərkəzi hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi.

Ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi bu məsələni ön plana çəkdi və bu qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi.

635x100

Şərhlər

Müəllim 2021-05-10 17:24:45

Allah Heydər Əliyevin məkanın cənnət eləsin

Eli 2021-05-10 15:38:07

Tamamile doğrudur.Sonrslar hemin torpaqlar Heyder Eliyev Moskvaya gedenden sonra ermenilerr verildi.

ƏGƏR Azərbaycan yurdunda: 2021-05-10 15:16:23

HEYDƏR ƏLİYEV adında bir DÜHA DOĞULMASAYDI-indi AZƏRBAYCAN TARİXDƏN SİLİNMİŞDİR!

Son yazılar