Azərbaycan Rusiyanın Qoşulmama Hərəkatında müşahidəçi statusu almasına kömək edəcək

“Qoşulmama Hərəkatında Rusiyanın müşahidəçi statusu mövzusuna da toxunmaq istərdim. Mənim fikrimcə, tamamilə təbii olardı ki, Rusiya bu statusu bizim sədrliyimiz dövründə alsın”.

"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiya XİN başçısı Sergey Lavrovu qəbul edərkən bildirib.

Ölkə başçısı əlavə edib: “Biz də öz tərəfimizdən nə mümkündürsə edəcəyik ki, məhz belə olsun. Buna görə bir daha sağ olun”.

Lavrov isə qeyd edib ki, hazırda Qoşulmama Hərəkatında sədrlik edən dövlətin başçısı kimi Rusiyanın bu qurumda müşahidəçi statusu almaq barədə sifarişini dəstəklədiyinə görə, Prezident İlham Əliyevə ayrıca minnətdarlığımı bildirmək istəyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar