Menu

Dünyada koronavirusa yoluxanların sayı 160 milyonu keçdi

13.05.2021, 11:16
Dünyada koronavirusa yoluxanların sayı 160 milyonu keçdi

Dünyada COVID-19 virusuna yoluxanların sayı 160 450 504 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Baltimordakı Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd olunub ki, indiyədək 3 331 258 koronavirus xəstəsi vəfat edib.

Yoluxma sayına görə ABŞ (32,8 milyon), Hindistan (23,7 milyon), Braziliya (15,3 milyon) ön yerlərdə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol