Menu

İsrail-Fələstin toqquşması nəticəsində ölənlərin sayı 140-ı keçib - 39-u uşaqdır

15.05.2021, 15:50
İsrail-Fələstin toqquşması nəticəsində ölənlərin sayı 140-ı keçib - 39-u uşaqdır

İsrailin Fələstinə zərbələri nəticəsində şəhid olanların sayı 140 nəfəri keçib.

"France 24" kanalının verdiyi xəbərə görə, İsrailin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 139 olub.Ölənlərdən 39-u uşaqdır. İndiyə qədər 950 nəfər bu hücumlarda yaralanıb.

"The Jerusalem Post"un xəbərinə görə isə "Həmas"ın İsrailə endirdiyi raket zərbələri nəticəsində mayın 10-dan bu günədək 10 mülki vətəndaş və 1 hərbçi həlak olub. Ölənlər arasında 2 uşaq var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol