Menu

Prezident müstəqillik tarixinin ən geniş amnistiyasını verir

20.10.2014, 12:17
Prezident müstəqillik tarixinin ən geniş amnistiyasını verir

Tacikistan prezidenti İmaməli Rəhman oktyabrın 20-də parlamentə amnistiya aktı layihəsi göndərib. “Media forum” saytı xəbər verir ki, 10 min nəfəri əhatə edən amnistiya 1991-ci ildə Tacikistan müstəqillik qazanandan bəri ən geniş əfv aktıdır.

Amnistiya cəzasının dörddə üçünü çəkmiş qadınlara, həddi-buluğa çatmayanlara, yaşı 55-i keçmiş kişilərə, digər ölkələrin ərazisindəki hərbi əməliyyatların iştirakçılarına, Tacikistanda hərbi-siyasi qarşıdırmalarda iştirak edənlərə, hərbi xidmətdən yayınanlara, hərbi hissəni özbaşına tərk edənlərə və əcnəbilərə şamil edilir.

Ehtiyatsızlıqdan az ağır və orta ağır cinayət törədənlər, 5 ilə qədər həbs cəzası alanlar da amnistiyaya düşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol