Menu

Bakının mərkəzində ağac naməlum səbəbdən alışıb - VİDEO

19.05.2021, 11:47
Bakının mərkəzində ağac naməlum səbəbdən alışıb - VİDEO

Bakının mərkəzi küçəsində ağac naməlum səbəbdən yanıb.

APA xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Yusif Səfərov küçəsində yolun kənarındakı ağaclardan biri anidən alovlanmağa başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Onların səyi nəticəsində alov söndürülüb, ətrafdakı digər ağaclar yanğından mühafizə olunub.

Yanğının nədən baş verdiyi araşdırılır.

Şərhlər

t.ədalət 2021-05-19 15:50:10

Ağacın yanma səbəbi bir azdan həmin yanmış ağacın yerində tikiləcək obyektdən öyrəniləcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol