Menu

"UEFA, “Formula-1” üzrə siyasi qərarlar verilib" - Ərdoğan

19.05.2021, 23:23
"UEFA, “Formula-1” üzrə siyasi qərarlar verilib" -  Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Formula-1” üzrə dünya çempionatının, habelə UEFA Çempionlar Liqasının İngiltərənin “Mançester Siti və “Çelsi” komandaları arasında final matçının Türkiyədə keçirilməsinin ləğv olunmasını siyasi qərar hesab etdiyini bildirib.

Bu barədə “Report” TRT-yə istinadən xəbər verir.

"Hesab edirəm ki, UEFA, “Formula-1” üzrə siyasi qərarlar verilib", - deyə Türkiyə prezidenti gənclərlə görüşündə vurğulayıb.

Ərdoğan bununla yanaşı qeyd edib ki, UEFA Çempionlar Liqasının 2023-cü ildəki final matçının Türkiyədə keçiriləcəyini vəd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol