Menu

Vətən müharibəsi şəhidinin doğum günüdür - FOTOLAR

31.05.2021, 10:27
Vətən müharibəsi şəhidinin doğum günüdür - FOTOLAR

Bu gün Vətən müharibəsi şəhidi Sultanov Nurlan Yaşar oğlunun doğum günüdür. Şəhidimiz 1999-cu ilin mayın 31-də Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub.

O, 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Müharibədə əvvəl Xocavənd və Füzuli, sonra isə Cəbrayıl və Qubadlıda döyüşlərdə iştirak edib.

2020-ci il noyabrın 3-də Qubadlıda şəhid olub.

N. Sultanov hələ körpə olarkən atasını itirib. Anası və qardaşı ilə birlikdə yaşayıb.

Allah rəhmət eləsin!

Şərhlər

Xalq 2021-05-31 11:29:01

Allah rəhmət eləsin! Nur içində yatsın!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol