Menu

Almaniya Ukraynaya silah satmaqdan imtina etdi

03.06.2021, 00:05
Almaniya Ukraynaya silah satmaqdan imtina etdi

Almaniya Ukraynanın silah tədarükü ilə bağlı çağırışına rədd cavabı verib.

“Reuters” xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas NATO ölkələri XİN başçılarının görüşündən əvvəl jurnalistlərə bildirib.

“Mən inanıram ki, Ukraynanın şərqindəki münaqişə yalnız siyasi vasitələrlə həll oluna bilər. Bu, Ukrayna ilə münasibətlərimizdə əsas yanaşma olaraq qalacaq və heç bir dəyişiklik olmayacaq”, - deyə Hayko Maas qeyd edib.

XİN başçısı vurğulayıb ki, ölkəsinin Ukraynaya silah tədarükü münaqişənin həlinə kömək etməyəcək.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyaya avtomat silahlar, radio avadanlıqlar və zirehli maşınların tədarükü ilə bağlı çağırış edib.

“AzPolitika”

Şərhlər

QATIQ QARA RENGDE DEYIL !!! 2021-06-03 13:08:38

Almaniya XIN bashchisi .......Hayko Maas , Merkelin komandasinda olduqu ve bu komandanin , ..........putine " sadiq " ohdeliyini , her kes bilir , bu sebebden , her vasite ile MANECHILIK TOREDIRLER Ukraynaya qarshi . Almaniyanin sabiq kansleri Şreder , SATILDI .......putinin PULLARINA ve QAZPROM - da TEYIN EDILIB REHBER VEZIFEYE , Baltik denizinde " SEVER - 2 " QAZ BORU KEMERININ INSHASINI TEMIN EDEN ŞIRKETLER QRUPUNUN BAŞCHISIDIR , MILYARDLARLA DOLLARA SAHIB OLUB ve Merkelin hokumetine , ..........putinin TAM TESIRINI TEMIN EDIR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol