Menu

Rafael Cəbrayılovun cinayət işində zərərçəkmiş şəxslərdən biri məşhur iş adamıdır

05.06.2021, 10:15
Rafael Cəbrayılovun cinayət işində zərərçəkmiş şəxslərdən biri məşhur iş adamıdır

Milli Məclisinin sabiq deputatı Rafael Kamil oğlu Cəbrayılovun cinayət işində zərərçəkmiş şəxslərdən biri məşhur iş adamıdır.

“Report”un xəbərinə görə, həmin şəxs "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovdur.

Qeyd edək ki, İ.Axundovun adı zaman-zaman mətbuatda qalmaqallarda çəkilib. O, dələduzluqda ittihamları və övladlarının lüks həyatı və s. ilə gündəmə gəlib.

Xatırladaq ki, R.Cəbrayılov öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb. Onun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Şərhlər

Barat 2021-06-05 20:49:50

Bes isfendiyari ne vaxt tutacaglar?

t.ədalət 2021-06-05 13:33:56

Isbəndiyar Axundov da Rəfael Cəbrayılovdan geri qalan deyillər.Güman ki onları birləşdirən də əməllərindəki oxşarlıqlar olub.

Ədalət 2021-06-05 11:24:18

KİMSƏ YİXİLAN KİMİ ,ONA BİRİNCİ BALTANİ İSFƏNDİYAR VURUR !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol