Menu

Rusiya, Ermənistan və daha 5 ölkə birgə hərbi təlimlərə başlayıb

21.10.2014, 10:41
Rusiya, Ermənistan və daha 5 ölkə birgə hərbi təlimlərə başlayıb

Müstəqil Dövlətlər Birliyinin hava hücumundan birgə müdafiə sisteminə daxil olan ölkələr oktyabrın 21-də hərbi təlimlərə başlayıb.

“Media forum” saytı xəbər verir ki, təlimlərə qırıcı, bombardmançı və hücum təyyarələri, vertolyotlar, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın radiotexnika və zenit-raket qoşunlarının bölmələri cəlb olunub.

Qarşıya qoyulan əsas məqsəd hava məkanının mühafizəsi işində 7 ölkənin birgə fəaliyyətini təkmilləşdirməkdir.

Hər ölkənin öz hava məkanında keçirdiyi təlimlər Moskva vilayətindən – Hərbi Kosmik Müdafiə Qoşunlarının idarəetmə mərkəzindən koordinasiya olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol