Türkiyə bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının (BMT) Adi Silahlar Registrinə 3 ədəd pilotsuz uçuş aparatını (PUA) Səudiyyə Ərəbistanına ixrac etdiyinə dair məlumat verib.
Hesabatda PUA-lar identifikasiya olunmayıb, amma onlar 4b kateqoriyasına aid edilib. Hansı ki, bu qrupa döyüş dronları daxildir.
Britaniyanın hərbi temattka üzrə ixtisaslaşmış «Janes» nəşrinin məlumatına görə, Türkiyədə iki tip PUA istehsal ounur – Bayraktar TB2 və daha qabaritli Anka. Onların hər ikisi yerli müdafiə koorporasyasının (Roketsan) istehsal etdiyi idarə olunan döyüş sursatlarından istifadə edir.
Bu barədə iyunun 13-də «İsrael Defense» portalı yazıb.
Gerçəkdən saziş son illər Yaxın Şərqin fərqli alyanslarında yer almış iki dövlət arasında «unikal» saziş sayıla bilər.
“AzPolitika.info”


Şərhlər