"Mən futbolçulara inanıram, Türkiyə də inansın" - Şenol Güneş

"Məyusuq, çünki bu turniri uzun müddət gözləyirdik. Gözəl nəticələrlə tarix yazmaq istəyirdik". "Report"un məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa çempionatının A qrupunun III turunda Bakıda İsveçrəyə 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

69 yaşlı mütəxəssis bildirib ki, AVRO-2020-də qrupdan çıxmağı hədəfləyiblər: "Bu gün topa sahib olan tərəf idik. Gənc komandamız var. AVRO-2020 bizim üçün yaxşı alınmadı. Oyunçuların məyus olduqlarını görürəm. Mən futbolçulara inanıram, Türkiyə də inansın. Epizodları boşa verən tərəf biz idik, rəqib qalib gəldi".

Baş məşqçinin sözlərinə görə, futbolçular əllərindən gələni ediblər: "Amma bu, kifayət etmədi. Avropa çempionatı bizim üçün böyük sınaq idi. Bəzən uğursuzluq daha çox təcrübə qazandırır. Uels və İsveçrə matçlarına görə daha çox məyusuq, həmin qarşılaşmalarda qələbə qazana bilərdik".

Qeyd edək ki, Türkiyə yığması A qrupunu xalsız bitirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar