“Zıraat Bank Azərbaycan”ın rəhbərliyi dəyişib

“Zıraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına və İdarə Heyətinə yeni sədr təyin edilib.

“Report” xəbər verir ki, bunlar İlkər Met və Səlcuq Dəmirdir.

Onlar bu vəzifələrdə müvafiq olaraq Bilgəhan Kurunu və Avni Dəmirçini əvəz ediblər.

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i Türkiyənin "Ziraat Bank"ına, 0,01 %-i "Zıraat Sıgorta" şirkətinə, 0,01 %-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar