Köçəryan Konstitusiya Məhkəməsinə şikayət edəcək – Sabah mətbuat qarşısına çıxacaq

“Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku vaxtından əvvəl parlament seçkilərinin nəticələrini qəbul etmir və onları Konstitusiya Məhkəməsində mübahisələndirəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu yerli mediaya blokun liderlərindən biri, Daşnaksutyun partiyasının təmsilçisi İşxan Saqatelyan deyib. O, başqa sualları cavablandırmayıb. Uşaq qatili Köçəryanın iyunun 22-də mətbuat konfransı keçirəcəyi gözlənir.

Blok yaydığı bəyanatında dərc olunmuş nəticələrin inam yaratmadığını bildirir: “Onlar son 8 ayda ictimai həyatda müşahidə etdiyimiz müxtəlif cərəyanlarla, ictimai rəy sorğuları, eləcə də beynəlxalq sorğuların nəticələri və ən nəhayət sağlam məntiqlə kəskin ziddiyyət təşkil edir”.

Blok qeyd edir ki, qeydə alınmış, eləcə də təxmin edilən pozuntular dərindən və əsaslı şəkildə öyrəniləcək. “Bütün problemli məsələlər və şübhələr aydınlaşmayanadək “Ermənistan” bloku seçkinin nəticələrini tanımayacaq”, – bəyanatda vurğulanır.

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2021-06-21 20:40:43

İnsan ne qeder grrizekalı olub özü kimi hetasız gelinini 10 minlerim qabağına çıxsrıb Telet Paşa kimi Böyük bir Türk oğlunu namerdcesine xaincrdime terror yolu ile öldürmesi haqqındd mahmı oxudur.Ay bedbext sen eger onu döyüş meydanında kişi kimi vuruşub öldürmüsense bu başqa mesele siz türkü ancaq terror yolu ile öldüre bilersiz,kişliyinşz çatırdısa sonuncu Qarabağ müharibesinde özünüzü kim olduğunuzu göstererdiniz.Ay qucaq milleti.

Eli 2021-06-21 20:27:44

Qurban olum Ula Yaradana onın bu hikmetini başa düşmek olmur.Bele şerefsizlerin torpaq üstünde gezmedi bele beşeriyyete leke getirir.Axı bu i ve bunın kimi insan celladları Allahın yaratdıqlarını mehv edir.Axı hind felsefesine göre bir canlını özü de şüurlu canlını mehv etmek onu yaradana hörmetdizlikdir .Yene qurnsn olduğumuzun özü bilen meslehetdir.

Son yazılar