Menu

Drondan kosmosa qədər - Kiyev və Ankaranın birgə layihələri

22.06.2021, 13:36
Drondan kosmosa qədər - Kiyev və Ankaranın birgə layihələri

Türkiyə-Ukrayna münasibətlərində müdafiə sənayesi ilə bərabər, kosmik sfera üzrə də böyük sayda birgə layihələrin reallaşdırılması perspektivi var.

Bu barədə Ukrayna Dövlət Kosmik Agentliyinin (UDKA) sədri Vladimir Taftay bəyan edib.

Xəbəri iyunun 21-də «Anadolu» informasiya agentliyi yayıb.

Kiyevin «kosmik proqramının» rəhbərinin sözlərinə görə, idarə, üzərinə qoyulmuş prioritet kimi, cari ilin sonuna Spage-X şirkəti ilə birgə «Siç 2-1» peykinin buraxılması irəli sürülüb. Əhəmiyyətinə görə, ikinci mühüm istiqamət üzrə, Anadolu agentliyinin həmsöhbəti, yeni kosmik proqramların reallaşdırılmasını önə çəkib.

Ukraynanın beşinci kosmik proqramı 2017-ci ildə başa çatıb, yenisi isə təsdiqini gözləyir. Taftay bildirib ki, o, daha praktikdir və nəticəyə oriyentasiya olunub, peyklərin işlənməsini və üzən kosmodromun hazırlanmasını nəzərdə tutur.

«Ukraynada kosmodrom tikmək üçün əlverişli yer yoxdur, ona görə də biz, üzən kosmodrom tikməyi planlayırıq. O, tam olaraq, Ukrayna istehsalı hesabına tikilcək və bizə imkan verəcək ki, kosmosa sərbəst çıxa bilək» - o, bildirib.

2020-i ildə Ukrayna kosmik infrastruktur sənayesində islahatlar həyata keçirilib, xüsusilə, qanunvericilikdə dəyişikliklər edilib və özəl şirkətlərə kosmik fəaliyyət göstərmək imkanı yaradılıb. Taftay cari ilin ikinci yarısında Türkiyənin Kosmik Agentliyinə səfər etmək niyyətini və ikitərəli əməkdaşlığın yeni imkanlarını müzakirə edəcəyini bildirib.

«Hesab edirəm ki, layihələr çərçivəsində əməkdaşlıq yaxşıdır, nəinki təkbaşına fəaliyyət göstərmək, xüsusilə də o zaman ki, Türkiyə kimi uzunmüddətli həmkarla. Müdafiə sahəsində artıq birgə layhələr başlayıb, biz, həm də kosmik sahədə birgər layihələr həyata keçirmək fikrindəyik. Belə ki, Türkiyə sənayecə inkişaf etmiş ölkədir. Mən əminəm ki, biz, birgə layihələr həyata keçirə bilərik» - ukraynalı məmur bildirib.

Xatırladq ki, bundan əvvəl məlum olub ki, Türkiyə tərəf kəşfiyyat-zərbə pilotsuz uçan aparatlarının növbəti partiyasını («Bayraktar TB2») Ukraynaya satacaq. Bu istiqamətdə ilk sövdə 2019-cu ildə bağlanıb. Bundan başqa, Kiyev Ankaraya döyüş dronlarının Ukraynada birgə istehsalını da təklif edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol