Menu

Flippin prezidenti vaksin vurdurmayanları hədələdi - “Ölkəni tərk edin”

23.06.2021, 00:14
Flippin prezidenti vaksin vurdurmayanları hədələdi - “Ölkəni tərk edin”

Filippin Prezidenti Rodriqo Duterte koronavirus infeksiyasına qarşı peyvənddən imtina edən insanların tutula biləcəyini deyib. CNN-in verdiyi məlumata görə, o bunu həftəlik brifinq zamanı açıqlayıb.

“Məni düzgün başa düşün, bu ölkədə böhranlı vəziyyət, fövqəladə vəziyyət var. Vaksinasiya olunmaq istəmirsinizsə, sizi tutduracam və peyvənd vurdutduracam”, - deyə o bildirib.

Duterte'nin sözlərinə görə, COVID-19-a qarşı vaksinasiya olunmaq istəməyən vətəndaşlar hərəkətləri ilə vəziyyəti daha da gərginləşdirir.

“Peyvənd vurdurmasanız Flippini tərk edin”, - deyə Flippin prezidenti qeyd edib.

Dutertenin sözlərinə görə vaksinə qarşı çıxanlar ölkəni tərk edib Hindistana və ya Amerikaya gedə bilərlər.

O, peyvənd vurdurmayanları axmaq hesab etdiyini deyib.

Şərhlər

Xalq 2021-06-23 10:43:17

duterte özünü bir həkimə göstərsin! yəqin problemi var, yumşaq desək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol