Menu

Təkdozalı vaksin üzərində iş gedir

28.06.2021, 21:37
Təkdozalı vaksin üzərində iş gedir

Hazırda Covid-19 vaksinlərinin müxtəlif ştammlara müəyyən dərəcədə təsirli olduğu deyilir. “The Financial Times” qəzeti alimlərin hazırda koronavirusların bütün növlərinə qarşı təkdozalı vaksin üzərində işlədiyini yazıb. Qeyd olunur ki, Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyasından (CEPI) Melaniya Savil təşəbbüsə liderlik edir. O, betakoronavirusların bütün növlərinə və potensial yeni ştammlara qarşı qoruyacaq vaksin yaratmağa çağırıb.

Sars-Cov-2 son ilyarımda 4 milyonadək insanın həyatına son qoyub. Bu, son 20 ildə insanlar arasında yayılmış üçüncü betakoronavirusdur. 2003-cü ildə Sars-Cov-1 Çində və Honq Konqda 700-dən çox, 2012-ci ildə isə Mers-Cov 850-dən artıq insanın həyatına son qoymuşdu.

Covid-19 sürətlə mutasiya edir. İlk dəfə Hindistanda aşkarlanmış Delta variantının isə yüksək yoluxucu olduğu bildirilir.İngiltərə tibb idarəsinin başçısı professor Kris Uittinin sözlərinə görə, “polivalent vaksinlər” beş il ərzində koronavirusların müxtəlif variantlarına qarşı qoruya bilərlər.

Amma müəllif bu işin elə də asan olmadığını qeyd edir. Tədqiqatçılar onillərdir İİV-ə qarşı vaksin tapa bilmirlər, virus yeni ştammlarla peyda olur. Elə qrip peyvəndini də hər il yeniləməli olurlar.

Polivalent vaksinlər virus zülalının immun sistemini stimullaşdıran, epitop adlı hissələrini hədəfə alır, virusda mutasiya etməyən epitoplara hücum edir, Savil belə deyir. Bu vaksinlər həmçinin anticismdən başqa, immun reaksiyasının əsas hissəsi olan T-hüceyrələrin yaranmasını stimullaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol