Menu

SOCAR-ın müxtəlif ölkələr üzrə ötənilki gəlirləri açıqlanıb

01.07.2021, 16:25
SOCAR-ın müxtəlif ölkələr üzrə ötənilki gəlirləri açıqlanıb

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədəki aktivlərindən 6,311 milyard manat gəlir əldə edib. “Report” xəbər verir ki, bu barədə şirkətin ötən il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında bildirilir.

Sənədə əsasən, hesabat dövründə SOCAR-ın İsveçrədə 30,478 milyard manat, Türkiyədə 7,618 milyard manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 2,223 milyard manat, Gürcüstanda 1,045 milyard manat, digər ölkələrdə isə 1,932 milyard manat gəliri olub.

İl ərzində şirkətin Azərbaycandakl gəlirləri 2,7%, BƏƏ-dəki gəlirləri 29,1%, digər ölkələrdəki gəlirləri 20,7% artıb, əvəzində İsveçrədəki gəlirləri 2,1 dəfə, Türkiyədəki gəlirləri 18,7%, Gürcüstandakı gəlirləri 10,8% azalıb.

Şərhlər

Memar 2021-07-01 17:04:13

Əla! Bu gəlirdən Azad edilmiş hər rayonun yeni layihəsi üçün 0,5 milyard, tikinti-qurma işləri üçün hər il azı 2 milyard dol büdcəyə transfer etmək gərəkdir! Hər rayon üzrə bərpa işlərinin gedişatına ayda bir dəfə nəzarəti dost ölkə mütəxəssislərinə tapşırmaq pis olmazdı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol