Menu

Azərbaycan-Türkiyə birgə təlimlərində təlim-döyüş tapşırıqları uğurla icra edilir - VİDEO

02.07.2021, 11:36
Azərbaycan-Türkiyə birgə təlimlərində təlim-döyüş tapşırıqları uğurla icra edilir - VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlər zamanı 1-ci eşelon bölmələrin həmlə həddinə çıxması, şərti düşmənin mina sahələrində keçidlərin açılması və həmin sahələrdən keçməsi, şəxsi heyətin texnikalardan piyadalanması və həmləyə keçməsi fəaliyyəti də icra olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol