Menu

"Vulkan püskürməsi zamanı ölən və yaralanan olmayıb" - Qurban Yetirmişli

05.07.2021, 16:49
"Vulkan püskürməsi zamanı ölən və  yaralanan olmayıb" - Qurban Yetirmişli

"Vəziləri vulkan püskürməsi zamanı orada ölən və yaralananların olduğunu deyir. Amma belə deyil, şayiələrə inanmamağı məsləhət görürəm".

Müsavat.com bildirir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli keçirilən mətbuat konfransında deyib.

SOCAR-ın geologiya və geofizika şöbəsinin rəisi Fərhad İbadov isə bildirib ki, vulkan püskürməsi baş verən yerdə qurumun hansısa qazma işləri apardığı haqda yayılan məlumatlar da yalandır: "Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə SOCAR-la bağlı yayılan məlumatlarda bildirilir ki, guya qurumumuz həmin ərazidə qazma işlərinin aparıb. Amma deyilənlər şayiədir. Hadisə yerində SOCAR-ın heç bir infrastrukturu yoxdur. Baş verən hadisə təbiət hadisəsidir.

Qeyd edim ki, SOCAR rəhbərliyi hadisəni diqqətdə saxlayıb və bununla bağlı operativ qrup palçıq vulkanın baş verdiyi əraziyə göndərilib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol