Menu

Rusiya ordusunun Əfqanıstana yerdilməsi müzakirə olunmur - Kreml

06.07.2021, 09:05
Rusiya ordusunun Əfqanıstana yerdilməsi müzakirə olunmur - Kreml

Əfqanıstanla sərhədyanı rayonlarda situasiyanın gərginləşməsi fonunda Rusiya bu ölkənin hakmiyyəti ilə hərbi kontingentin yeridilməsi imkanlarını müzakirə etmir.

Bu barədə iyulun 5-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

«Xeyr, bu barədə heç bir müzakirə aparılmır» - Kremlin nümayəndəsi bildirib.

Xəbər verildiyi kimi, bu ərəfədə 400 nəfərdən artıq Əfqanıstan hərbçisi Tacikistanla sərhədi keçib və bu ölkədə dəstək axtarıb.

İyulun 3-də axşam Xoxon, Şəhribuzurq və Roiston uyezdləri, o cümlədən «Ovez» sərhəd komendaturası «Taliban» hərəkatının döyüşçüləri tərəfindən ələ keçirilib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol