Menu

COVID-19-un Braziliya ştammının 3 yeni variantı aşkarlanıb

07.07.2021, 09:42
COVID-19-un Braziliya ştammının 3 yeni variantı aşkarlanıb

Braziliyalı alimlər koronavirusun “qamma” adlanan ştammının 3 yeni variantını aşkar ediblər.

APA xəbər verir ki, bu barədə virusoloq Felipe Naveku “UOL” portalına bildirib.

Alim Braziliyada rast gəlinmiş COVID-19 növünün inkişaf etdiyinə diqqət çəkib. Bu növ virusun daha 3 alt növü də aşkarlanıb.

Felipe Navekunun fikrincə, yaxın gələcəkdə bu viruslar yalnız Braziliyada deyil, digər ölkələrdə də yayıla bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol