Menu

Türkiyədə Qurban bayramında 9 gün iş olmayacaq

12.07.2021, 22:49
Türkiyədə Qurban bayramında 9 gün iş olmayacaq

Türkiyədə Qurban bayramı münasibətilə 9 gün iş olmayacaq. APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Ərdoğan deyib ki, iclasda "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" Qərara əsasən, 2021-ci il 19 iyul bayram öncəsi (ərəfə günü) olan yarım iş günü qeyri-iş günü hesab edilməklə 17, 18, 19, 20, 21, 22, 23, 24, 25 iyul - ardıcıl qeyri-iş günü olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol