Menu

FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb - VİDEO

06.08.2021, 21:47
FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti dördüncü qrupu Türkiyə Respublikasına yola düşüb.

APA-nın məlumatına görə, yanğın xilasetmə qrupu Bakı vaxtı ilə 19:30-da yola çıxıb.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin alay komandiri Məmməd Xəlilli jurnalistlərə açıqlamasında 200 nəfərdən ibarət xilaetmə qrupunun qardaş ölkədə baş verən yanğınlarla mübarizə üçün böyük ruh yüksəkliliyi ilə yola düşdüyünü deyib.

Qeyd edək ki, yanğınla mübarizə məqsədilə bundan əvvəl üç xilasetmə qrupu qardaş ölkədə davam edən yanğınların qarşısının alınmasında fəaliyyətini davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol