Menu

Erməni silahlıları Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədib

15.08.2021, 10:37
Erməni silahlıları Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədib

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib.

Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadla xəbər verir.

Belə ki, axşam saat 22:14 radələrində Xəlfəli yaşayış məntəqəsi yaxınlığına iki ədəd mülki avtomobilin yaxınlaşdığı müşahidə edilib. Həmin nəqliyyat vasitələrindən düşən silahlı şəxslər mövqelərimiz istiqamətində havaya atəş açaraq dərhal ərazini tərk ediblər. Bölmələrimiz tərəfindən müvafiq tədbir görülüb və bu barədə Rusiya sülhməramlılarının komandanlığına məlumat verilib.

Şərhlər

Eko 2021-08-15 20:13:37

Yani ruslar orda , polis rolunu oynayirlar ? ne vaxta kimi davsm edecek bu ?

Mabud 2021-08-15 12:24:26

Türkiyənin Şuşada konsulluğu həmən aşılmalı və Azərbaycanda Türk silahlı birləşmələinin yerləşirilməsinə başlanılmalıır.Başqa yol görünmür...

Camal 2021-08-15 12:19:48

Anlaşılan deyil.Şuşa ətrafı Rus ordusu ilə əhatə olunduğu halda orada atəşkəs necə pozular? Deməli buna Rusiya imkan verir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol