Menu

Türkiyədə qəzaya uğrayan yanğınsöndürən təyyarəsinin qara qutusu Rusiyaya göndərilib

16.08.2021, 11:52
Türkiyədə qəzaya uğrayan yanğınsöndürən təyyarəsinin qara qutusu Rusiyaya göndərilib

Türkiyənin Kahramanmaraş şəhərində qəzaya uğrayan Rusiyaya məxsus “Be-200” yanğınsöndürən təyyarəsinin qara qutusu Rusiyaya göndərilib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisə yerində araşdırmalar artıq tamamlanıb.

Qara qutunun oxunmasından sonra qəzanın dəqiq səbəbləri müəyyən olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol