Avqustun 17-də səhər Kabil küçələrində nisbi sakitlik hökm sürüb, aeroportda vəziyyət də düzəlib. Qərbin təhlükəsizlik rəsmisi “Reuters”ə deyib ki, bir gün öncə aeroporta yığışanların çoxu evlərinə gedib”.
Amma agentlik aeroport istiqamətindən hələ də ara-sıra atəş səsləri eşidildiyini yazır.Bu gün Avropa Birliyinin xarici işlər nazirləri Brüsseldə təcili toplantı keçirərək evakuasiya planlarını vəƏfqanıstandakı ümumi vəziyyəti müzakirə edəcəklər.
“Frans Pres” agentliyi isə "Taliban"ın bəyanatına istinadla xəbər verir ki, qrup bütün hökumət işçiləri üçün ümumi amnistiya elan edib, onları tam inamla işə qayıtmağa çağırıb.
Qruplaşmanın nəzarətində olan dövlət televiziyasında çıxış edən "Taliban" administrasiyası üzvü qadınları hökumətə qoşulmağa səsləyib.
“İslam Əmirliyi qadınların qurbana çevrilməsini istəmir”, – deyə Enamulla Samangani "Taliban"ın Əfqanıstana verdiyi addan istifadə edib.
“Hökumətin strukturu tam aydın deyil, amma təcrübəyəəsasən tam islamçı rəhbərlik olmalıdır, bütün tərəflər qoşulmalıdırlar”, – o vurğulayıb.
"Hizbu-İslami" siyasi və yarımhərbi qrupunun lideri Gülbəddin Hikmətyar avqustun 17-də Qətərə "Taliban" təmsilçiləri ilə görüşə gedəcəyini deyib. Onu keçmiş prezident Hamid Karzayi və keçmiş xarici işlər naziri, Əfqanıstan Milli Barışıq Şurasının başçısı Abdulla Abdulla müşayiət edəcək.
"AzPolitika.info"


Şərhlər