Menu

“Əfqanıstandan 1 404 nəfəri təxliyə etmişik” - Mövlud Çavuşoğlu

24.08.2021, 13:46
“Əfqanıstandan 1 404 nəfəri təxliyə etmişik” - Mövlud Çavuşoğlu

"Türkiyə Əfqanıstandan 1 404 nəfəri təxliyə edib".

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu uruqvaylı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, evakuasiya olunanlardan 1 061 nəfəri Türkiyə vətəndaşıdır.

“Hazırda 200 vətəndaşımız Əfqanıstandan qayıtmaq istəyindədir. 4 500 vətəndaşımız Əfqanıstandadır. Önəmli hissəsi qayıtmaq istəmədiyini bildirib”, - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol