Menu

Bakı sakinindən 4 kiloqram narkotik götürülüb

26.08.2021, 12:39
Bakı sakinindən 4 kiloqram narkotik götürülüb

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini C.Əliyev Səbail rayonu ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 4 kiloqram 10 qram heroin və 1 ədəd plastik kart aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol