Menu

Kabil aeroportunda terror aktları nəticəsində ölənlərin sayı 170-ə çatıb

27.08.2021, 19:02
Kabil aeroportunda terror aktları nəticəsində ölənlərin sayı 170-ə çatıb

Ötən gün Kabil Beynəlxalq Hava Limanında törədilmiş terror aktları nəticəsində ölənlərin sayı artıb.

APA-nın CBS-yə istinadən verdiyi xəbərə görə, Əfqanıstanın Səhiyyə Nazirliyindən bildirilib ki, aeroportda ölənlərin sayı 170 nəfərə çatıb.

Qeyd edək ki, terror aktları zamanı 13 ABŞ hərbçisi həyatını itirib, 18 amerikalı hərbçi xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol