Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov Ağdərədə ermənilər tərəfində saxlanılan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayevə baş çəkib.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, o, C.Babayevin saxlanma şəraiti ilə tanış olub.
R.Muradov onun ailə üzvləri ilə əlaqə yaratması üçün şərait yaradılacağını bildirib.
Qeyd edək ki, Ermənistan mətbuatında Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə saxlanıldığı barədə məlumat yayılıb.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.


Şərhlər
rüstəm! erməni olsaydı maşınıva basıb gətirmişdin, bizim əsgəri maşınıva qoyub gətirməyə kişiliyin çatmadı?