AGDAM SAKİNLƏRİNİN DOĞMA ŞƏHƏRLƏRİNƏ SƏFƏRİ BAŞ TUTUB - FOTOLAR (Yenilənib)

Ağdam rayon sakinlərinin işğaldan azad edilən doğma şəhərə səfəri baş tutub. “Report”un məlumatına görə, sakinləri Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Xüsusi nümayəndə Ağdamın yenidən qurulması planları barədə məlumat verib.

Ağdam şəhəri də daxil olmaqla, rayonun müxtəlif kəndlərindən 48 sakin Ağdama ziyarətə gətirilib.

Rayon sakinləri Pənahəli xanın imarəti, Çörək Muzeyi, Ağdam Mədəniyyət Evi, Cümə Məscidinə baxış keçirdikdən sonra, Qiyaslı kənd məscidi və Şahbulaq qalasını ziyarət edəcəklər.

***

Bu gün bir qrup Ağdam sakinləri ilk dəfə olaraq şəhərə səfər edib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviterdə paylaşıb.

Paylaşlmda deyilir: "Bu gün bir qrup Ağdam sakinləri ilk dəfə olaraq şəhərə səfər edib. Yolumuz Ağdama".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar