Menu

Erməni qadın uşaqlarıyla birgə Xankəndidən Şuşaya keçməyə çalışıb

06.09.2021, 21:42
Erməni qadın uşaqlarıyla birgə Xankəndidən Şuşaya keçməyə çalışıb

Avqustun 1-də işğal illərində Şuşada yaşayan, hazırda isə dörd azyaşlı uşağı ilə Xənkəndidə məskunlaşan İzaura Balasanyan övladları ilə birgə yenidən Şuşaya qayıtmağa cəhd edib. O, Rusiya sülhməramlılarının müdaxiləsilə saxlanılaraq geri göndərilib.

Məlumat Ermənistan mətbuatında yayılıb.

Qadının sözlərinə görə, onu bu addımı atmağa hazırda qaldığı evin sahibi vadar edib. Belə ki, o, ev kirayəsini 100 min dramdan 150 min dramadək artırıb.

Erməni qadın müvafiq qurumlara kömək üçün müraciət etdiyini və artıq itirəcək heç nəyinin olmadığını bildirib.

O, həmçinin uşaqların atasının uzun illər öncə ürək tutmasından öldüyünü də qeyd edib.

Şərhlər

t.ədalət 2021-09-07 17:19:21

ermənilər bizim humanbist və mərhəmətli olmağımızdan istifadə edib Şuşaya "doluşmağın" yolunu axtarırlar.Mirzə Cəlilkin "Kamança" pyesində olduğu kimi,kövrəlib Qəhrəman yüzbaşı kimi" xəncəri öz qarnımıza soxa" bilərikKöpək uşağı sınan yerimizi bizdən yaxşı bilirlər...

EKo 2021-09-07 07:19:40

Tam doqru !!!

Amon 2021-09-06 23:17:46

Sulhmeramli alcaqlar bunlari tutub ermeniye qaytarir bes bizim esgerimizi tutub niye bize yox dusmene verir.rusiyani bize dost olke kimi sirimaga calisan serefsizler bu xalq hecvaxt hecneyi unutmur biz turkuk ve bu butun gelecek nesillerde de bele olacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol