Əfqanıstanın ölkədən qaçmış dövlət başçısı bəyanat yayıb.
“Report” xəbər verir ki, bəyanat Ə.Qaninin tviter səhifəsində yayılıb.
O, Kabili tərk etmək barədə qərarı “həyatının ən çətin qərarı” adlandırıb. Devrilmiş prezident “hər şeyin bu cür faciə ilə başa çatmasına görə” Əfqanıstan xalqı qarşısında üzr istədiyini bildirib.
"Mən inanırdım ki, Kabili tərk etmək silahları susdurmaq və şəhərin 6 milyon əhalisini qorumaq üçün yeganə yoldur", - o qeyd edib.


Şərhlər
Bu təkcə Əfqanıstanın bəlası deyil,bir çox dövlətlər və dövlət başçıları bu bəlanın içindədir,nə qədərki millət olaraq özlərini idara etməyi bacarmayan dövlətlərin aqibəti bu cür olur.