Menu

UNEC rektoru İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

09.09.2021, 13:53
UNEC rektoru İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri seçilib. 

"AzPolitika.info"-nun məlumatına görə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev isə Şuranın sədr müavini seçilib. 

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında İctimai Şurada boş qalan 7 yer üçün 22 avqust 2021-ci il tarixində seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, İqtisadiyyat Nazirliyi yanında İctimai Şura aşağıdakı tərkibdə formalaşıb:

1. Ağayev Rövşən (“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyi);

2. Azadov Elnur “Rieltorlar assosiasiyası” İctimai Birliyi;

3. Babayeva Səkinə (“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyi);

4. Həsənov Rəşad (“İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyi);

5. Muradov Ədalət (ADİU Həmkarlar İttifaqı);

6. İsayev Fərid (“Alman-Azərbaycan Xarici Ticarət Palatası” hüquqi şəxslərin ittifaqı);

7. Kərimov Nuran (“Azərbaycanda Amerika Ticarət Palatası” İctimai Birliyi);

8. Qaraşov Fərhad (“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi);

9. Nuriyev Əliməmməd (“Şəffaflıq - Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi);

10. Nuriyev Zakir (Azərbaycan Banklar Assosiasiyası);

11. Vəliyev İlqar (Vətəndaşların təşəbbüs qrupu)

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol