Menu

"Hər yerdə pazdır, düşmənlə əhatə olunmuşuq..." - "Qüvvə isə çatışmır, Sovet İttifaqında olduğu kimi"

14.09.2021, 12:29
"Hər yerdə pazdır, düşmənlə əhatə olunmuşuq..." - "Qüvvə isə çatışmır, Sovet İttifaqında olduğu kimi"

“Rusiyanın hər yerdə düşmənləri var, sovet dövründə olduğu kimi. Bizdə düşmənçilik üzük kimi əhatəyə alıb. O cümlədən daxili düşmənçilik, bizdə hətta “Sadovoy koltsa”da düşmənçilik dairəsi var-xarici agentlər və digər pis adamlar. Ukrayna var, Gürcüstan var. Və xarici düşmənlərin əhatəsindəyik”,- rusiyalı hərbi ekspert və “Novaya qazeta”nın şərhçisi Pavel Felgenhauer “Exo Moskva”nın efirində belə deyib.

Ekspert Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlişindən sonra Orta Asiyada destabilizasiya təhdidlərinin artdığını deyir. Onun fikrincə, cihadçı hərəkat Mərkəzi Asiya respublikalarına keçə bilər.

“Daha bir ocaq Cənubi Qafqazdadır, Ermənistanla Azərbaycan arasında baş verir. Ora Rusiya cəlb oluna bilər. Donbass və ümumən Ukrayna ilə problem var. Getdikcə qeyri-stabil xarakter alan Lukaşenko rejiminin idarə etdiyi Belarus var, hansı ki, çox böyük problemlərlə üzləşib. Və onun öz daxilində ciddi problemlər var, ən başlıcası sanksiyalar tətbiq edirlər və ölkə daha əvvəlki kimi mövcud ola bilməz. Deməli, orada da böyük problem ortaya çıxa bilər. Belə çıxır ki, hər yerdə pazdır. Və Frans-İosif arxipelaqından tutmuş Çukotkaya, Kuril adalarına qədər hər yerdə diviziyalar, ordu korpusları saxlamaq lazımdır. Qüvvə isə çatışmır. Sovet İttifaqında olduğu kimi. Nəhəng ordusu vardı, amma hər yerə dartıb aparmışdılar, hər yerdə qüvvə çatışmırdı”,-Felgenhauer bildirib.(virtualaz.org)

Şərhlər

Niyaməddin 2021-09-14 14:50:04

Allah bəlanızı versin hamınızın. Xalqımızın qanını içdilər. Pazlarınız bol olsun. Məhv olasınız!

Eli 2021-09-14 13:52:53

Bunlar göresen ne vaxt ayılacaqlar ne vaxt ağılları başlarına gelecek ,yeqin ki,bele getse heç vaxt.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol